Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Bakıda “Nissan” aşıb, xəsarət alanlar var

Bakıda “Nissan” aşıb, xəsarət alanlar var


28-04-2021, 19:56. Yazar: Xeberaz
Bakıda “Nissan” aşıb,xəsarət alanlar var

Bakı şəhərinin Xəzər rayonunda “Nissan” markalı minik avtomobili yol kənarına aşıb.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri dön