Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var > "Hansısa azərbaycanlı Xankəndinə girsə, onu şəxsən özüm tutacağam" - Avaqyan

"Hansısa azərbaycanlı Xankəndinə girsə, onu şəxsən özüm tutacağam" - Avaqyan


20-04-2021, 11:14. Yazar: Xeberaz
title


Bu sözləri qondarma Dağlıq Qarabağ rejimi “rəhbəri”nin sözçüsü Boris Avaqyan bu gün parlamentdəki çıxışı zamanı deyib
“İnternetdə azərbaycanlıların sərbəst şəkildə Xankəndinə girib şəhərin mağazalarında alış-veriş etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.
"Xeberaz.Az"  xəbər verir ki, bu sözləri qondarma Dağlıq Qarabağ rejimi “rəhbəri”nin sözçüsü Boris Avaqyan bu gün parlamentdəki çıxışı zamanı deyib.
“Bunlar sosial şəbəkələrdə yerləşdirilmiş bəzi saxta xəbərlərdir. Həftədə 3-4 dəfə bu marşrutla getsəniz, bunun mümkünsüz olduğunu anlayacaqsınız. Belə məlumatları kimin yaydığını bilmirəm. Ancaq bu məlumatları rəsmi olaraq istisna edirəm. Belə bir hal baş verərsə, Xankəndinə girən azərbaycanlını şəxsən özüm tutacağam”, - Avaqyan bildirib.
Geri dön