Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Qadınlar / Foto-fakt > Maraqlııdr: ailədə qızlar atalarına, oğullar isə analarına daha çox mehr salırlar

Maraqlııdr: ailədə qızlar atalarına, oğullar isə analarına daha çox mehr salırlar


12-04-2021, 15:38. Yazar: Xeberaz

Maraqlııdr: ailədə qızlar atalarına, oğullar isə analarına daha çox mehr salırlar

İstər dağ kəndləri, istərsə də şəhər olsun, dünyaya göz açacaq övladın oğul olması bir ailə üçün toy-bayrama çevrilir. Hamı belə düşünməsə də, hər halda, belə münasibət var. 20-30 il bundan öncənin doğum statistikası ilə bu günün statistikasını müqayisə etsək, mövcud fərqi ciddiliyi ilə görmək mümkündür.
Azərbaycan Respublikası Statistika Komitəsindən televiziya kanallarından birinə verdiyi məlumata görə, 2012-ci ildə ölkədə 174, 469 uşaq doğulub. Bunlardan 93, 587-i oğlan, 80, 882-i qızdır və yaxud 2014-cü ilin 11 ayı ərzində ölkədə 156,2 min körpə dünyaya göz açıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18 təşkil edib. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır.
Doğulan uşaqlard arasında oğlan uşaqlarının sayı artmağa, qız uşaqlarının sayı isə azalmağa doğru meyillidir. Əlbətə, belə davam edərsə, bu tendensiyanın ciddi demoqrafik nəticələri ola bilər.
Bizim yazımızın mövzusu isə qızların atalarına, oğlanların analarına daha çox sevgi bəsləməsinə oxucuların fikrini bilmək, münasibətini öyrənməkdir. Burda maraqlı olan bir məqam budur ki, ailədə oğlan uşağı daha çox arzu olunandısa, nə üçün nəsil xəttinin davamçısı hesab olunan oğlan atadan daha çox anaya meyilli olur, başqa sözlə, ana –oğul ittifaqı yaranır və yaxud nəsil xəttinin sahibi olan ata ilə oğul ittifaqı yox, ailədə "qonaq” hesab olunan, sabah, o birisi gün başqa ocağa üz tutacaq qız ilə ittifaq yaranır. Təbii ki, söhbət təşkilatlanmış ittifaq anlamında deyil, ananın oğula, atanın qıza olan diqqəti cəlb edən rəğbətindən gedir. Ana-qız münasibətlərində olduğu kimi, ata-oğul münasibətlərinin əvvəlində bir isti bağlılıq olur. həyatının ilk çağlarında, deyək ki, bir qədər böyüyüb boya-başa çatana qədər, ətraf aləmlə, ətrafdakılarla tanış oluncaya qədər oğlan uşağı anaya bağlı olur. Elə ki, qeyd etdiyimiz həddə çatdı, oyun çağına qədəm qoydu, atası ilə daha çox birlikdə olmaq istəyir, vaxtını daha çox atasıyla keçirmək istəyir. Atasının hər bir hərəkətinə heyran olur, atasını hamıdan bacarıqlı, güclü qəbul edir. Qız anasını təqlid etmək istəyən kimi, oğul övlad da atasının bütün etdiklərini təkrar etməyə can atır: ata üzünü təraş etdiyi maşınla onu yamsılayar, atasının papağını başına qoyur, ayaqqabılarını geyər və s.
 
 
Maraqlııdr: ailədə qızlar atalarına, oğullar isə analarına daha çox mehr salırlar
Elə ki, uşaqlıq dövrü geridə qalır, bu yeniyetmə, daha sonra gənclik dövrünə qədəm qoyur, get-gedə ona elə gəlir ki, atası heç də dünyanı ona hədiyyə edə biləcək şəxs deyil. Atası bir qədər üzərində nəzarəti artıranda artıq atasından müəyyən qədər qaçır, öyüdlərini eşitmək istəmir. Qadağalara tabe olmaq istəmir, bəzən atanın göstərişlərinin, hətta, tanımır və ya müəyyən hissəsini yerinə yetirmir. Doğrudur, bu vəziyyətə görə atanın da müəyyən bir cavabdehliyi var. Çünki bu zaman həmin yeniyetmə elə yaş mərhələsində olur ki, özünü təqdim etməyə, güclü bir şəxsiyyət olaraq göstərməyə can atır. Halbuki, atalar hər zaman övladlarının onun özünə bənzəməsinə səy edir, ciddi-çəhlə can atırlar. Övlad isə bunu atası kimi anlayacaq səviyyədə olmur və ya yuxarıda qeyd etdiyimiz kimi, özü bildiyini daha doğru hesab edir. Sonda da bu olur ki, ata-oğul arasındakı ziddiyyər formalaşmağa başlayır. Bu hallarında oğlan uşaqlarının anaları oğullarına daha "canıyanan” kimi görünür.
Ailədə ana da, ata da bundan təşvişə düşsələr də, istər qızın anasına, oğulun da atasına belə mövqeyi sevgisizlik əlaməti deyildir. Sadəcə, gənclər özü artıq ana və atalarından fərqli müstəqil bir fərd olduqlarını göstərməyə meyilli olurlar: sevgiləri isə yenə əvvəlki qədərindədir.Eləcə də qızların analarına olan sevgiləri.
Əksinə, bu münasibətlərə həssas olub, onu doğru məcraya yönəltməli, dəstək verilməlidir.Valideynlər unutmamalıdırlar ki, övladları artıq yetkinləşib, karyera uğrunda səy edirlər, müstəqil addımlarını atırlar.
Qızın atasına , oğulun isə anasına daha çox mehr salması da narahatçılıq doğurmamalıdır. Möhkəm, səmimi ailələrdə onsuz da ailə körpüsünün bir ucu atanın, bir ucu ananın çiyinlərindədir. Oğul anasına mehr salırsa, ata bir xatircəmlik tapır ki, ana onun ailənin ümumi mənafələrinə yönəldəcək, qız atasına mehr salırsa, ana daha xatircəmlik tapacaq ki, atasına bu qədər bağlı olan qız heç vaxt onun adına hörmətsizlik gətirən addım atmaz.
 
Maraqlııdr: ailədə qızlar atalarına, oğullar isə analarına daha çox mehr salırlar


Geri dön