Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Həftə-Reytinq > ABŞ geri çəkildi, Ruhani artıq “qələbə”dən danışır...

ABŞ geri çəkildi, Ruhani artıq “qələbə”dən danışır...


7-04-2021, 13:21. Yazar: Xeberaz



Tehran nüvə razılaşmasına bütün sanksiyaların götürülməsi şərti ilə qayıtmağa hazırdır.
"Xeberaz.Az" xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
“Bu gün ABŞ-ın danışıqlar üçün oyandığını müşahidə edirik. Təsdiqləyirik ki, nüvə proqramı öhdəliklərinə bütün sanksiyaların götürülməsi qarşılığında qayıtmağa hazırıq.
Tehran problemlərin həllini istəyir və buna hazırdır. ABŞ bu gün birbaşa və ya dolayı danışıqlara hazırlıqdan bəhs edir. Bu, İran xalqının qələbəsidir”, – deyə o bildirib.
Qeyd edək ki, Ağ Ev İranla danışıqlar üçün sanksiyalardan bəzilərinin ləğvinə hazır olduğunu, ancaq Tehranın maksimalist tələblərindən əl çəkməsi gərəkdiyini bildirib.
Geri dön