Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə > Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrildi

Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrildi


5-04-2021, 21:28. Yazar: Xeberaz







Yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib.
"Xeberaz.Az" xəbər verir ki, müvafiq tapşırığa əsasən, 5 aprel 2021-ci il tarixdən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası təkrarən COVİD-19-a yoluxan şəxsləri qəbul edəcək.
Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir.
Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.




Geri dön