Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Gənclərimiz > Azərbaycanda bacı-qardaş yaşlı valideynləri tərəfindən atıldı

Azərbaycanda bacı-qardaş yaşlı valideynləri tərəfindən atıldı


2-04-2021, 10:26. Yazar: Xeberaz
Azərbaycanda bacı-qardaş yaşlı valideynləri tərəfindənatıldı


Bərdə rayonundan olan 9 və 6 yaşında olan bacı-qardaşı valideynləri atıb.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladı ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər.
“Uşaqlar əvvəlcə “Səni Axtarıram” verilişinə aparılıb. Daha sonra bura gətirilib. Ata deyir ki, ana "səy"dir, ana deyir ata "qoca səydir". Bir-birlərinə "səydərək" deyən valideynlərin vicdansızlığının bədəlini kim ödər? Əlbəttə ki, bu iki uşaq”, - deyə Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, bununla bağlı Bərdə rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar məlumatlandırılıb.

Geri dön