Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Şou-Biznes > Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alındı - FOTO

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alındı - FOTO


29-03-2021, 10:02. Yazar: Xeberaz
Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alındı- FOTO

Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 31 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.
Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi aşkar edilib. RPŞ əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarının qanunla müəyyən edilmiş qaydada RPŞ-yə gətirib. Mərasim iştirakçıları barədə inzibati tədbir görülüb.
Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib. RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.
  • Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alındı- FOTO
  • Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alındı- FOTO

Geri dön