Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Səhiyyə / Foto-fakt > Yaddaşı gücləndirir, xərçəngin qarşısını alır

Yaddaşı gücləndirir, xərçəngin qarşısını alır


29-03-2021, 09:07. Yazar: Xeberaz



Darçın yeməklərdə və şirniyyatda istifadə olunan ədviyyatdır. Çin və Seylon olmaqla iki növü var. Onları bir-birindən dadına görə fərqləndirirlər. Seylon darçını Çininkindən daha şirin və daha dadlıdır. Darçının sağlamlığa bir çox müsbət təsirləri var.
"Xeberàz.Az"  darçının faydalarını təqdim edir:
• Gündə yarım çay qaşığı darçın qəbulu xolesterolu azaldır və ürək sağlamlığını qoruyur.
• "Tip 2" adlı diabet xəstələrində insulin istehsalını artırır, qan şəkərini isə azaldır.
• Xarici ölkələrdə darçın yağını göbələk xəstəliklərində istifadə edirlər və tez zamanda sağalmağa kömək edir.
• Darçın lenfoma xərçəng növü üçün də faydalıdır. Belə ki, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.
• Gərginlikdən meydana gələn baş və miqren ağrısını aradan qaldırır.
• Qan şəkərini balanslı saxlayaraq, arıqlamağa kömək edir.
• Darçının qoxusu yaddaşı gücləndirməyə kömək edir.
• Pis qoxuları və onlara səbəb olan bakteriyaları məhv edir.
• Darçın çayı isə həzm sistemi xəstəliklərinə faydalıdır.
• Darçının yağı, badam və zeytun yağları ilə qarışdırılaraq masaj edildikdə, əzələ ağrısını aradan qaldırır.
• Yeməyin üzərinə bir az darçın səpilməsi uzun müddət xarab olmamasına səbəb olur.
• Darçın yağı boğaz ağrısı və quru öskürəyə qarşı da faydalıdır.
Geri dön