Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya > Türkiyə Ermənistanla sərhədinə ordu yeridir: Zəngəzur dəhlizi masada...

Türkiyə Ermənistanla sərhədinə ordu yeridir: Zəngəzur dəhlizi masada...


27-03-2021, 11:00. Yazar: Xeberaz


Naxçıvanda tank əleyhinə hərbi təlimlərin keçirilməsi fonunda bir xəbər diqqət çəkir: Türkiyə yeni hərbi təlimlər keçirmək məqsədilə Ermənistan sərhədinə tank, özüyeriyən artilleriya və zirehli avtomobillər gətirib.
Bu iki ehtimalı önə çıxarır:
- Türkiyə və Azərbaycan “tank müharibəsi” məşqini edir;
- Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün “əzələ nümayişi” göstərir;
Moskvada yenidən üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) görüşün keçiriləcəyi haqda məlumatlar var: görüşdə kommunikasiyanın açılması ilə bağlı rəsmi sənədin imzalanacağı və bundan sonra Zəngəzur dəhlizinin açılması istiqamətində real addımların atılacağı gözləniləndir.
Mümkün görüşdən öncə hərbi müstəvidə atılan addımlar təsadüfi deyil və o da mümkündür ki, görüş öncəsi Azərbaycan və Türkiyə ordusu Zəngəzurla sərhəddə növbəti hərbi təlimlər keçirsin: Bakı maraqlarını təmin etmək üçün “dəmir yumruğ”u da özü ilə masaya aparır...



Geri dön