Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Səhiyyə / Maraqlı / M2 > Rahat olmaq üçün necə yatmalı... - Nevroloq

Rahat olmaq üçün necə yatmalı... - Nevroloq


27-03-2021, 02:57. Yazar: Xeberaz



Yuxu zamanı ən pis vəziyyət qarnı üstə və çox bükülüb yatmaqdır.
 "Xeberaz.Az" xəbər verir ki, rusiyalı nevroloq Yevgeni Sokov yuxuda düzgün olmayan pozanın nəinki sümük, əzələ, həmçinin arteriya və venaların da əyilməsi, təzyiq görməsi və burulmasına səbəb olduğunu bildirib.
Belə ki, insan üzü üstə, qarnı üstə yatanda məcbur qalıb boynunu xeyli bucaq dərəcəsində yana əyir. Bu qırtlaq, traxeya, şah damarlar, tənəffüs yollarını gərginləşdirir, əyir. Bu zaman beyində qan dövranı pozulur.
Bədən üçün sağlam yatış kürəyi üstə düz və sağ böyrü üstə qollar bükülərək ayaqların arasında qoyulmaqla yatmaqdır.
Əllər, qollar yanda düz uzadılmış olmalıdır.
Bu zaman boyun damarları düz qalır, dil əzələsi boş olur və tənəffüs çətinləşmir.
Yuxu zamanı yastığın da rolu böyükdür. Yastıq nə çox yumşaq, nə də bərk olmalıdır. Hər ortopedik yastıq da faydalı demək deyil.
Yuxu üçün ən yaxşı saat isə axşam 10-dan səhər 6-a kimidir.
Geri dön