Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Qəbələdə ürəyi dayanan sürücü qəza törətdi - Foto

Qəbələdə ürəyi dayanan sürücü qəza törətdi - Foto


25-03-2021, 11:44. Yazar: Xeberaz
Qəbələdə ürəyi dayanan sürücüqəza törətdi - Foto

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Xeberaz.Az" xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.Belə ki, Bakı istiqamətində hərəkətdə olan 99 BL 382 dövlət nişanlı “Opel“” markalı avtomobilin sürücüsü maşını idarə edərkən ürəyi dayanıb və avtomobil yolun kənarında olan VAZ-2106 markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qəzanın səbəbkarı olan sürücünün həyatını xilas etmək mümkün olmayıb. 
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Geri dön