Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Şou-Biznes > Məhkəmə Elnar Xəlilova bəraət verdi

Məhkəmə Elnar Xəlilova bəraət verdi


24-03-2021, 17:03. Yazar: Xeberaz
Məhkəmə Elnar Xəlilova bəraət verdi


Xuliqanlıqda təqsirləndirilən müğənni Elnar Xəlilov və dostu Müşfiq Ələkbərovun cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.
"Xeberaz.Az"  "Report"a istinadən xəbər verir ki, sonuncu iclasda ittiham olunan şəxslərə hökm oxunub.
Hökmə əsasən, E.Xəlilova bəraət verilib, M.Ələkbərov isə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bundan narazı qalan iş üzrə zərərçəkmiş Anar Qurbanov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.
Geri dön