Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Güclü külək Abşeronda fəsadlar törətdi

Güclü külək Abşeronda fəsadlar törətdi


23-03-2021, 13:31. Yazar: Xeberaz
Güclü külək Abşeronda fəsadlar törətdi
Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar törədib.
“Azərişıq” ASC-dən daxil olan məlumata görə,  güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakininin evinin dam örtüyünü uçurub.
“Dam örtüyünün ərazidən geçək elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları cəlb edilib”, - qurumdan bildirilib.
Qeyd edilib ki, istehlakçıların elektrik enerjisi ilə təchizatı artıq bərpa edilib.
Geri dön