Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Şəmkirdə oğurluq edənlər saxlanıldı - FOTOLAR

Şəmkirdə oğurluq edənlər saxlanıldı - FOTOLAR


23-03-2021, 12:23. Yazar: Xeberaz
Şəmkirdə oğurluq edənlər saxlanıldı- FOTOLAR


Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri- Elcan Hüseynov, Röyal Həsənov və yetkinlik yaşına çatmayan digər bir rayon sakini saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər mart ayının 9-da rayon ərazisindəki fərdi yaşayış evlərinin birinə qeyri-qanuni yola daxil olaraq oradan 1 ədəd televizor oğurlayaraq satıblar. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə həmin şəxslərin daha bir fərdi yaşayış evindən 1 ədəd televizor, 1 ədəd kompyuter, 500 manat nağd pul və digər qızıl-zinət əşyalarını oğurlayaraq satması məlum olub.
Şübhəli şəxslər maddi-sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.
Şəmkirdə oğurluq edənlər saxlanıldı- FOTOLAR

Şəmkirdə oğurluq edənlər saxlanıldı- FOTOLAR

Şəmkirdə oğurluq edənlər saxlanıldı- FOTOLAR








Geri dön