Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə > Həkim: “Qonaqlığa, yas yerinə getməyin!“

Həkim: “Qonaqlığa, yas yerinə getməyin!“


22-03-2021, 22:12. Yazar: Xeberaz
“COVID-19-a yoluxmusuz? Onda ya özünüz məsuliyyətsizlik etmisiniz, qorunma tədbirlərini hardasa pozmusuz ya da xəyanətə məruz qalmısınız- sizin ailə üzvlərindən kimsə hardasa yoluxub, düşməni evə gətirib”.Bunu “mən koronavirusa necə oluxa bildim?” deyənlərə cavab olaraq anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib.
Həkim deyib ki, virusla müharibə gedir, qorunma tədbirləri sadədir:
“1. Ancaq zərurət halında evdən çıxın. Restorana, kafelərə getməyin, ev yeməyi yeyin. Qonaqlığa, yas yerinə getməyin.
2. Maska taxın.
3. Əlləri tez tez sabunla yuyun. Yumamış üzünüzə toxunmayın.
4. Sosial məsafəni gözləyin. İş yoldaşlarınız yığışıb birlikdə çay içirsə, siz kənarda, ayrı stolda əyləşməyə görə utanmayın, çəkinməyin.
5. Bu bir oyundur, “mənə heç nə olmaz” kimi mənasız fikirləri özünüzdən uzaqlaşdırın”.
Koronaviruslu xəstələrin müalicəsilə məşğul olan həkin sonda peyvənd olunmaq istəməyənlərə də səslənib:
“Sizə vaksin vurulması təklif olunursa, düşünmədən vurdurun, naz eləməyin!”.


Geri dön