Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / Foto-fakt > Azərbaycanlı “Dəmir adam” növbəti döyüşünə çıxır

Azərbaycanlı “Dəmir adam” növbəti döyüşünə çıxır


22-03-2021, 21:21. Yazar: Xeberaz



Azərbaycanlı “Dəmir adam” ləqəbli döyüşçü Tural Rəhimov növbəti döyüşünə çıxacaq.
"Xeberaz.Az" xəbər verir ki, martın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MMA üzrə “Absolute Championship Akhmat” təşkilatının ACA-120 turniri keçiriləcək.
Keçiriləcək 10 döyüş arasında azərbaycanlı Tural Rəhimov da oktaqona çıxacaq. O, Belarusu təmsil edən Apti Bimarzayevlə döyüşəcək.
Qeyd edək ki, Turalın bu döyüşədək 20 qələbəsi və 5 məğlubiyyəti var. Apti Bimarzayev isə 16 görüşdən qələbə ilə ayrılıb, 2 döyüşdə isə məğlub olub.
Geri dön