Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Səhiyyə / Şou-Biznes / Məşhurların Taleyi > Xəstəxanaya yerləşdirilən əməkdar artistin son durumu

Xəstəxanaya yerləşdirilən əməkdar artistin son durumu


22-03-2021, 15:37. Yazar: Xeberaz



Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhətində irəliləyiş var.
"Xeberaz.Az"  xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında aktyorun bacısı Fəridə Bağırova bildirib.
O bildirib ki, aktyorun vəziyyəti stabildir:
“İndi az-az bizlə danışır. Hazırda qardaşımın müalicəsi Heydər Əliyev Fondunun nəzarətindədir. Biz göstərilən köməyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirik”.
Qeyd edək ki, Əməkdar artist infarkt keçirmişdi. O, martın 3-də 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra Heydər Əliyev Fondunun göstərişi ilə Əməkdar artist özəl xəstəxanaya köçürülüb. Hazırda orada müalicəsi davam etdirilir.
Geri dön