Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Məşhurların Taleyi > Həbib karyerasını bitirməsinin səbəblərini açıqladı

Həbib karyerasını bitirməsinin səbəblərini açıqladı


22-03-2021, 01:08. Yazar: Xeberaz

Mütləq güləş çempionatının (UFC) çempionu Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəblərini açıqlayıb.

"Xeberaz.Az" xəbər verir ki, rusiyalı idmançı döyüş növlərində bacardığı hər şeyə nail olduğunu vurğulayıb.
Maliyyəyə ehtiyacı olmadığını qeyd edən Nurməhəmmədov hər bir qarşılaşmasının və hazırlıq dövrünün anasının səhhətinə pis təsir göstərdiyi üçün karyerasını yekunlaşdırdığını bəyan edib.
Qeyd edək ki, UFC prezidenti Deyna Uayt martın 19-da Həbib Nurməhəmmədovun karyerasını rəsmən başa vurduğunu açıqlayıb.
Geri dön