Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya > Rusiyaya pis xəbər: Xarkov razılaşması ləğv edilir

Rusiyaya pis xəbər: Xarkov razılaşması ləğv edilir


18-03-2021, 09:30. Yazar: Xeberaz



Ukrayna Ali Radasının Xarkov müqaviləsini denonsasiya etmək ehtimalı yüksəkdir.
"Xeberaz.Az xəbər verir ki, bu açıqlama ilə Ali Radanın spikeri Dmitri Razumkov çıxış edib.
Onun sözlərinə görə, müvafiq təşəbbüs deputatlar tərəfindən irəli sürülüb və hazırda qanun layihəsi baxılması üçün komitələrə təqdim edilib.
Razumkov qeyd edib ki, Krımın Rusiya tərəfindən işğal olunduğu vəziyyətdə belə bir qanunun qanunvericilik aktı kimi qorunması qəribədir:
"Denonsasiya qərarını dəstəkləyirəm. Eyni zamanda, belə bir qərarı dəstəkləmək üçün iclas salonunda 226 səsə ehtiyac var".
Qeyd edək ki, 2010-cu ildə imzalanmış Xarkov razılaşmasına əsasən, Rusiya donanmasının Ukrayna ərazisində qalmasına icazə verilib.
Geri dön