Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Həftə-Reytinq > Türkiyədə bütöv bir kənd yanır - VİDEO

Türkiyədə bütöv bir kənd yanır - VİDEO


17-03-2021, 18:49. Yazar: Xeberaz

Türkiyədə bütöv bir kənd yanır -VİDEO

18:40 2021-03-17
 DÜNYA

Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.
"Xeberaz.Az" “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.
Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsini təhdid etdiyini açıqlayıb.
Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.
Eyni zamanda yanğının söndürülməsi üçün bir vertolyot də istənilib.




Geri dön