Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Təhsil > Səudiyyədə türk məktəbləri bağlandı

Səudiyyədə türk məktəbləri bağlandı


14-03-2021, 20:52. Yazar: Xeberaz

Səudiyyə Ərəbistanının türk dilində tədris aparan məktəbləri bütün təşəbbüslərə baxmayaraq, faktiki olaraq bağlanıb.

"Xeberaz.Az" xəbər verir ki, bunu Türkiyə Təhsil Nazirliyinin nümayəndəsi Əhməd Əmrə Bilgili deyib.
Onun sözlərinə görə, bağlanan məktəblər əsasən Məkkə və Mədinə şəhərində yerləşir.
Türk ekspertlərin qiymətləndirmələrinə əsasən, bu qərar siyasi xarakter daşıyır. Səudiyyə Ərəbistanının türkdilli insanlara qarşı sərgilədiyi münasibət qəbuledilməzdir və buna görə də ölkələr arasında problemlər yaşana bilər.
Geri dön