Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Bakıda avtomobili qaçıran şəxs saxlanıldı - DİN

Bakıda avtomobili qaçıran şəxs saxlanıldı - DİN


13-03-2021, 19:23. Yazar: Xeberaz



Martın 10-da Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə R.Rəhimova məxsus VAZ-21011 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xeberaz.Az"-a bildiriblər ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dəmirov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Balaxanı qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin martın 8-də VAZ markalı avtomobil qaçırması da müəyyənləşdirilib. Həmin avtomobil Binə qəsəbəsinin ərazisində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Geri dön