Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Həmyerlilərini hədələyən şəxslərlə bağlı cinayət işi açıldı

Həmyerlilərini hədələyən şəxslərlə bağlı cinayət işi açıldı


12-03-2021, 13:35. Yazar: Xeberaz


Həmyerlilərini hədələyən şəxslərlə bağlıcinayət işi açıldı


Ağstafa Rayon Polis Şöbəsinə (RPŞ) cari il fevral ayının 14-də və 15-də internet xəbər saytlarından birində bölgə müxbiri işləyən, əvvəllər məhkum olunmuş F.Quliyevin və Ağstafa şəhər sakini V.Zeynalovun rayon sakinləri Z.Qasımov və Z.Mustafayev barəsində sosial səbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan 500 manat pul tələb etmələri barədə müraciət daxil olub.
Bu barədə "Xeberaz.Az"-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq araşdırmaları aparılır.


Geri dön