Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Masallıda toy edənlər cərimələndi

Masallıda toy edənlər cərimələndi


11-03-2021, 16:46. Yazar: Xeberaz

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbirlər keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı Masallı rayonunun Ərkivan qəsəbə sakini Q.Bədəlovun karantin rejiminin qaydalarını pozaraq F.Mirzəyevə restoranda oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçıları və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
Geri dön