Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Reportaj > Sadıqovun keçmiş yavəri niyə işdən çıxarıldı?

Sadıqovun keçmiş yavəri niyə işdən çıxarıldı?


11-03-2021, 16:23. Yazar: Xeberaz


Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Elxan Məcidovun işdən çıxarılması barədə xəbər bu gün yayılsa da, o, təxminən bir ay əvvəl vəzifəsindən azad edilib.
"Xeberaz.Az" Hit.az-a istinadən xəbər verir ki, Elxan Məcidov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqova yaxın şəxs kimi tanınır. O, bir müddət Nəcməddin Sadıqovun yavəri olub. Daha sonra Müdafiə Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinin Planlaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Etimadı doğrultmadığından bir müddət sonra tutduğu vəzifədən azad edilib. Lakin işsiz qalmayıb. Nəcməddin Sadıqovun dəstəyilə MOİK-in rəisi vəzifəsinə təyinat alıb. Nəcməddin Sadıqov işdən çıxarılandan az sonra isə vəzifəsini itirib.
İddialara görə, Elxan Məcidovun işdən çıxarılması yalnız Nəcməddin Sadıqova yaxın şəxs olması ilə bağlı deyil. Əsas səbəb onun bir kadr kimi potensialının kifayət qədər aşağı olması və mənfi reputasiyasıdır.
Geri dön