Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Səhiyyə / M2 > Peyvənd olunan partiya sədri koronavirusa yoluxdu

Peyvənd olunan partiya sədri koronavirusa yoluxdu


10-03-2021, 14:01. Yazar: Xeberaz



Fevral ayının 23-ü koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub.
Bu barədə Yenisabah.az-a danışan partiya sədri COVID-19 əleyhinə peyvəndləmədə iştirak etsə də, yoluxduğunu bildirib:
“Bəli, yayılan xəbərlər doğrudur. Koronavirusa yoluxmuşam. Hal-hazırda müalicə alıram, yazılanlar həqiqətə uyğundur. Bu barədə başqa bir şey danışmaq istəmirəm”.
Qeyd edək ki, P.Hüseyn bir müddət əvvəl vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış etmişdi: “Vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edirəm. Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah, düşərli olar"


Geri dön