Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Qarabağdan xəbər var > Paşinyan Qasparyana qalib gəldi: Bu gecə qiyam ola bilər?

Paşinyan Qasparyana qalib gəldi: Bu gecə qiyam ola bilər?


9-03-2021, 23:51. Yazar: Xeberaz


Ermənistan Prezidentinin Aparatı belə bir açıqlama yaydı: Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsi baş nazirin səlahiyyətləri çərçivəsindədir.

Beləliklə, Paşinyanın Qasparyanı göndərməklə bağlı qərarı qüvvəyə minir.
Paşinyanın komandası artıq Qasparyanı Baş Qərargah rəisi hesab etmir:
- Qanuna görə, Qasparyan artıq Ermənistan Ordusunun Baş Qərargah rəisi deyil (“Mənim addımım” fraksiyasından olan deputat Nikolay Badasaryan);
- Onik Qasparyan bu gündən Baş Qərargah rəisi vəzifəsini daşımır (parlamentin vitse-spikeri Alen Simonyan);
Prosedura görə, Qasparyanın Baş Qərargah vəzifəsində sonuncu günü bu gün – 9 mart idi: Prezident Armen Sərkisyan bu gün saat 18:00-a qədər Qasparyanın vəzifəsindən çıxarılması məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsəydi, Baş nazir Paşinyanın fərmanı avtomatik qüvvəyə minmiş hesab olunurdu.
Hər şey Paşinyanın istədiyi kimi oldu...
Onik hələ ki, dirənir: onun kabinetdən çıxmadığı və vəzifəsində qalması üçün məhkəməyə müraciət etmək məsələsində vəkillərlə məsləhətləşdiyi deyilir.
Buna paralel olaraq, erməni müxalifəti parlament binasının önündə aksiya keçirir: onlar Paşinyanın istefasını, erkən seçkilər keçirilməsini tələb edir, o cümlədən, ordunu hakimiyyətə qarşı praktiki addımlar atmağa çağırırlar.
Erkən seçkiləri öncə hakimiyyət istəyirdi, lakin Paşinyan artıq buna ehtiyac görmür və hazırda Nikol vəziyyətin nəzarətdən çıxmaması istiqamətində addımlarını intensivləşdirib: Polis qüvvələri bütün dövlət binalarını mühasirəyə alıb; Milli Təhlükəsizlik Xidməti Qasparyanın ordunu hərəkətə keçirməsi ehtimalına qarşı tədbirlərini gücləndirir; Ordu daxilində özünə yaxın, yaxud Qasparyanı dəstəkləməyən kadrları önə çəkir.
Bu gecə Ermənistanda həlledici gündür: Qasparyan “ordu xalqın yanındadır” iddiası ilə hərbçiləri küçələrə çıxara bilər. Paşinyan bu riskə qarşı Oniki gecəyarısı həbs etdirə bilər.
Ermənistanda müzakirə mövzularından biri də budur: Qasparyanı həbs etmək üçün Baş Qərargah binasına kim gedəcək?!
Geri dön