Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya > Mujenko: Rusiya ilə müharibə başlaya bilər

Mujenko: Rusiya ilə müharibə başlaya bilər


5-03-2021, 09:47. Yazar: Xeberaz


Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsi sərhədlərimizin 2014-cü ilə qədərki vəziyyətinin bərpa edilməsi deməkdir. 
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri Viktor Mujenko deyib.
O bildirib ki, Rusiyada imperiya davranışları hələ qalmaqdadır və bu ölkə aqressiv əməllərindən imtina etmir.
Mujenko əlavə edib ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə ehtimalı hələ də mövcuddur:
“Təcavüzkar ölkə Krımdakı su böhranı səbəbindən 2014-cü ildəki reallaşmamış planlarına qayıda bilər”.
Qərargahın sabiq rəhbəri Ukraynanın NATO və Rusiya arasında müharibə meydanına çevriləcəyini də istisna etməyib.
#NATO #Ukrayna #Rusiya #Krım
Geri dön