Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Dünya / Qarabağdan xəbər var > Qarabağda “İsgəndər” istifadə olunmayıb – Rusiya MN

Qarabağda “İsgəndər” istifadə olunmayıb – Rusiya MN


25-02-2021, 23:25. Yazar: Xeberaz

Ermənistan Qarabağdakı müharibə zamanı "İsgəndər" raket sistemlərindən istifadə etməyib.

"Xeberaz.Az" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov deyib.
"Obyektiv idarəetmə sistemi ilə təsdiqlədiyimiz etibarlı məlumatlara görə, Qarabağdakı münaqişə zamanı bu tip raket sistemlərindən heç biri istifadə edilməyib. “İsgəndər” raketlərinin bütün ehtiyatları Ermənistan ordusunun anbarlarındadır”, - Konaşenkov bildirib.
Xatırladaq ki, N.Paşinyan "1in.am" saytına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsində "İsgəndər" operativ-taktiki raket komplekslərindən Azərbaycana qarşı istifadə olunduğunu, lakin raketin partlamadığını demişdi.
Paşinyan onu da vurğulayıb ki, Rusiya istehsalı olan bu raketlər istifadəyə tam yararlı deyillər, həmişə partlamırlar: "Məni tənqid etməyə çalışanlar qoy, özlərindən soruşsunlar ki, "İsgəndər" niyə partlamadı? Və ya niyə 10 faiz partladı?"
Geri dön