Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Reportaj > Əfv Komissiyası 150-dən çox müraciətə baxdı - YENİLƏNİB

Əfv Komissiyası 150-dən çox müraciətə baxdı - YENİLƏNİB


24-02-2021, 22:14. Yazar: Xeberaz
Əfv Komissiyası 150-dən çox müraciətə baxdı- YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
"Xeberaz.Az" xəbər verir ki, iclasda əfvlə bağlı 150-dən çox müraciətlərə baxılıb.
Bununla da komissiyada baxılan müraciətlərin sayı 350-ni ötüb.
Qeyd edək ki, indiyədək əvf komissiyasının iki iclasında 200-dən çox müraciətə baxılmışdı.
***
09:49
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
"Xeberaz.Az" xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Qeyd edək ki, indiyədək komissiyanın 2 iclası keçirilib və daxil olan müraciətlərin 200-dən çoxuna baxılıb.


Geri dön