Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Həftə-Reytinq > Rusiya sülhməramlıları Kəlbəcərə 180 ton yük çatdırdı

Rusiya sülhməramlıları Kəlbəcərə 180 ton yük çatdırdı


24-02-2021, 10:57. Yazar: Xeberaz
Rusiya sülhməramlıları Kəlbəcərə180 ton yük çatdırdı

Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrından etibarən Azərbaycanın nəzarətinə keçən ərazilər arasında tranzit daşınmasını təmin etməyə davam edir.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Sosial obyektlər və yaşayış binalarının enerji və su təchizatı sistemlərinin bərpası üçün 25 “KamAZ” hərbi maşınından və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin dördüncü rus kolonu Kəlbəcər bölgəsinə 180 tondan çox yardım yükü (elektrik avadanlığı, dəmir-beton konstruksiyaları və tikinti materialları) çatdırıb.
Yardım ötən ilin 9 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə göstərilib.
Geri dön