Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Aktual > Məgər talış olmaq ayıb əməldir?

Məgər talış olmaq ayıb əməldir?


24-02-2021, 07:22. Yazar: Xeberaz
Dünyada yaşayan millətlər, etnik qruplar, milli azlıqların hüquqlarının qorunması istiqamətində aparılan siyasətə nəzər yetirsək  Azərbaycan Respublikası bu istiqamətdə  örnək alınması dövlətlər arasında ön sırada dayanır. Ölkə rəhbərinin yürütdüyü  demokratik siyasət sayəsində Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqa sahib, eyni vətəndaşlıq haqlarını daşıyırlar. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsindən Azərbaycanda yaşayan avar, ləzgi, inqiloy, zaxur, talış, azərbaycanlı bir yumruq olub, bir amal uğrunda döyüşə atıldılar. 
Lakin ürək ağrısı ilə demək istərdik ki, içimizdə gələ də elələri vardır ki,  fikirləri, hərəkətləri, danışıqları ilə xalqın arasına nifaq  toxumu səpənrək,qarşıdurma yaratmağa cəhd edir.
Uluzirvə.az informasiya Agentliyinin redaksiyasınauraciət edən Bahar Əliyeva adlı xanım talış əsilli Azərbaycan vətəndaşıdır. Xanım Azərbaycanda doğulub, Azərbaycan dilində təhsil alıb və nümunəvi vətəndaş olaraq Azərbaycan dövlətinin Konstitusiyasının tələbləri əsasında yaşayır. Yaxın rəfiqəsi Svetlana Əsrəfova adlı qadının bacısı oğlu   Orxan Ələkbərov adlı səxsə  etimad göstərərək küllü miqdarda borc verib. Orxan isə öz növbəsində yalan vədləri, saxta əməlləri  ilə yalniz Bahar Əliyevanın deyil bir neçə insanin etimadını qazanmağa nail olub. Qazandığı etimaddan sui-istifadə edən Orxan atası Ələkbərov Azər Tacəddin oğlunun da dəstəyi ilə dələduzluq xarakterli əməllərini davam etdirir. 
Şikayətçimiz əzizəsində  qeyd edir ki, Orxan təxminən 2014-cü illərdə Türkiyədə olduğu zaman hansısa yollarla bankomatlardan pul çıxartmaq üstündə axtarışa verilir. Türkiyədə yaşadığı dövrdə hətta adını belə saxtalasdirib Ayxan adı ilə özünü tanıdan Orxanın axtarışı elan olunduğu vaxt, atası Azər Ələkbərov şəxsi münasibətlərini işə salaraq oğlu Orxanı gizli yolla Naxçıvana, oradan isə Bakıya gətizdirməyə nail olur. 
Qeyd etdik ki, Orxanın əməllərinə dəstək olan ata özünü sözünün sahibi olan insan kimi qələmə vermək məqsədilə dəfələrlə oğlu ilə birlikdə borclu olduğu Bahar xanımın evinə gəlib, süfrəsi arxasında oturub çörək kəsib.
Nəhayət Bahar xanım verdiyi borcu tələb etdikdə Ələkbərovlar ailəsinin "gözündən düşür".
Belə olan halda Bahar xanım Azər Ələkbərova onların əməllərini ictimailəşdirmək üçün mətbuata müraciət edəcəyini söylədiklərinə, Azər qadını "TALİS" deyə başlayan təhdid, hədə-qorxu dolu ifadələrlə "gözünün odunu almağa". Maraqlıdır ki, Azər təhdidi də Bahar Əliyevaya onu da deməkdən çəkinməyib ki, -" mənim DTX-da, Banditizmidə adamlarım var. Səni qolu qandalı PPX maşınında gətizdirəcəm" və s. 
Biz Azər Ələkbərov dan və oğlu Orxan dan bəhs etdik. Lakin demedik ki, bu Azər Ələkbərov Müdafiə Nazirliyinin tabeçiliyində olan Təlim-Tədris Mərkəzində Mülki İşlər üzrə Xidmətin rəisi vəzifəsində çalışır. Bəlkə tutduğu vəzifəsi ona güvən verir ki, milli zəmində təhdidlər etməyə?. Bəlkə də güvəndiyi vəzifəli və çinli "dostlarıdir" ki, Baharın şikayət etdiyi mətbuatı toz edəcəyi ilə hədələyir?
Azər Ələkbərovun oğlunu qoruması üçün  canfəsanligını anlamaq olar. Yüksək vəzifəli və çinli  məmur kimi isə  vətəndaşa adı ilə deyil "TALIŞ" deyə həsrətinin yalnız bir adı var. Dövlətə qarşı Sabotaj. 
Uluzirve.az. Tərifə Şükürqızı
Geri dön