Ana Sayfa > Bütün xəbərlər / M / Gündəm / Dünya / Maraqlı / Texnologiya > NASA-nın daha bir aparatı Marsa eniş etdi - VİDEO

NASA-nın daha bir aparatı Marsa eniş etdi - VİDEO


19-02-2021, 06:45. Yazar: Xeberaz
NASA-nın daha bir aparatı Marsa eniş etdi -VİDEO

ABŞ-ın Aeronavtika və Kosmosun Araşdırılması İdarəsinə (NASA) məxsus “Perseverance” aparatı Marsa eniş edib. Aparatın Qırmızı planetə enməsi NASA-nın saytında da canlı olaraq yayımlanıb.
Aparatın buraxılması və enməsi onun Mars atmosferinin üst qatına çatacağı zaman baş tutub. Onun sürəti əvvəlcə 20 000 km/saat, daha sonra 3,2 km/saat təşkil edib. Aparatın üç trosla Yezero kraterinə yumşaq şəkildə enməsi gözlənilirdi.
Bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.
“Perseverance” Marsdakı çökmə süxurların xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də göyərtəyə quraşdırılmış xüsusi “kabinet”də bunların nümunələrini toplayacaq. Burada saxlanılan minerallar Marsa göndəriləcək Avropa Kosmik Agentliyi və NASA-nın xüsusi müştərək missiyası ilə planetimizə gətiriləcək. Həmin missiyanın 2026-cı ildən tez baş tutmayacağı da məlumdur.



Geri dön