Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Araşdırma > Bakıda kişinin boğazına zəncir vurdular - VİDEO

Bakıda kişinin boğazına zəncir vurdular - VİDEO


17-02-2021, 08:30. Yazar: Xeberaz
Bakıda kişinin boğazına zəncir vurdular -VİDEO

Paytaxtın Sabunçu rayonunda vətəndaşın boğazına zəncir vurub bağlayıblar.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə videögörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Videogörüntülərdə obyekt sahibi məkanına oğurluğa girməkdə ittiham etdiyi şəxsin boğazına zəncir vuraraq onu cəzalandırıb.
Sosial şəbəkədə sürətlə yayılan videogörüntülər şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkə seqmentlərində yayılan videogörüntülər araşdırılır:
“Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunub. Şəxs müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.



Geri dön