Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Həbsdə olan yeznəsinə kartofun içərisində narkotik apardı - Polis saxladı

Həbsdə olan yeznəsinə kartofun içərisində narkotik apardı - Polis saxladı


15-02-2021, 18:22. Yazar: Xeberaz
Həbsdə olan yeznəsinə kartofun içərisində narkotik apardı -Polis saxladı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən  verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilən və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Rzayev Razi Arif oğluna qaynı, Gəncə şəhər sakini Məmmədov Arzu Qurban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kartofun içəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,683 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,042 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
 


Geri dön