Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / Foto-fakt > Zidan Fransa yığmasına namizəd oldu

Zidan Fransa yığmasına namizəd oldu


13-02-2021, 18:58. Yazar: Xeberaz
Zidan Fransa yığmasına namizəd oldu

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Fransa millisinin çalışdırıcısı postuna namizəddir.
"Xeberaz.Az" xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre açıqlayıb.
O bildirib ki, indiki baş məşqçi Didye Deşamın gedişindən sonra Zidanı bu vəzifəyə gətirmək istəyir: “Əgər Deşam vəzifəsindən getsə və mən prezident postunda olsam, Zidani bu postda görmək istəyirəm”.
Yığmanın çalışdırıcısının müqaviləsi 2022-ci ildə başa çatacaq. Deşam anlaşmanı uzatmaq istəməsə, onun yeri Zidana təklif olunacaq.
Qeyd edək ki, Deşam kimi Zidanın da indiki komandası ilə müqaviləsi 2022-ci ilin yayında bitəcək.
Geri dön