Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Qarabağdan xəbər var > 4 aylıq komadan ayılmayan qazimiz dəfn olundu - Fotolar

4 aylıq komadan ayılmayan qazimiz dəfn olundu - Fotolar


13-02-2021, 16:44. Yazar: Xeberaz
4 aylıq komadan ayılmayan qazimiz dəfn olundu -Fotolar

Dörd aydan çox komada qalandan sonra vəfat edən Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu dəfn edilib.
"Xeberaz Az"  xəbər verir ki,  24 yaşlı Tacəddin İsmayılzadə Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhər rəhbərliyi, deputatlar, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. 128 gün komada qalan qazi ötən gün vəfat edib.
T. İsmayılzadə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Geri dön