Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / M2 / Qarabağdan xəbər var > Erməni döyüşçüdən şok açıqlama:”Bizi satıblar”

Erməni döyüşçüdən şok açıqlama:”Bizi satıblar”


7-02-2021, 09:54. Yazar: Xeberaz
“Birləşmiş Ermənistan” Partiyasının sədri, Birinci Qarabağ döyüşlərinin və ikinci Qarabağ savaşında erməni ordusunun tərkibində döyüşən Vahan Badasyan mətbuata və hüquq mühafizə orqanlarına şok müraciət ünvanlayıb. Busaat.az erməni partiya sədrinin müraciətini olduğu kimi təqdim edir:“ Həm birinci, həm də ikinci Qarabağ savaşında iştirak etdim.
Bizə xəyanət etdilər, məni həbs etdilər . İndi məni ömürlük həbslə hədələyirlər. Müharibə zamanı bizə xəyanət etdilər. Azərbaycan ordusu 44 günə erməni mifini tamamilə darmadağın etdi. Erməni ordusu başıpozuq bir vəziyyətdə qaçmaqla məşğul idi. Bizi satdıqları bəlli idi. Ermənistan Müdafiə Nazirliyi müharibə zamanı heç nə ilə yadda qalmadı. Azərbaycan rabitəçiləri onlarınn danışıqlarının hamısını qeydə alır və erməni ordusunun hərəkət trayektoriyasını bilir, onları yerindəcə məhv edirdi. Bu dəhşət idi. Bizi satıblar deyə , erməni əsgərləri döyüşə girmədən qaçırdı.”
image-received_123637442972707 image-received_438284987224127 image-received_908730619932290
Geri dön