Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Müsahibə > Şok! Ucar RİH başçısı vətəndaşın ağzını tikdirdi

Şok! Ucar RİH başçısı vətəndaşın ağzını tikdirdi


6-02-2021, 20:07. Yazar: Xeberaz

Korrupsiya.az informasiya agentliyinə vətəndaş şikayəti daxil olub.Şikayətdə bildirilir ki, Ucar rayon sakini Hüseynov Etibar icra başçısının qəbuluna sosial məsələ ilə bağlı dəfələrlə müraciət etsədə lakin icra hakimiyyətində vətəndaşı heç kim qəbul etməyib,və onun sosial problemi ilə heç kim maraqlanmayıb.Hər dəfəsində rədd cavabı alaraq icra hakimiyyətinin qarşısından qovulub Bu gün vətəndaş etiraz edərək ağzını məftil ilə tikib. Korrupsiya.az videonu olduqu kimi sizlərə təqdim.edir.videoya instagram səhifəmizdə baxa bilərsiz.Ucar RİH başçısından isə dəfələrlə mətbuatda şikayətlər ardicıl fakt ilə dərc edilir.Lakin görünən tərəf odur ki, icra başçısı Mənsur Məmmədov heç bir nəticə çıxarmayaraq öz əməllərındən vətəndaşlara kobud rəftarını əsirgəmir,Buda onu göstərirki cənab prezidentin apardığı uğurlu islahatlara kölgə salır.
Korrupsiya.az informasiya agentliyi olaraq Mənsur Məmmədova cənab prezidentin sözlərinı çıxışlarını bir daha xatırladırıq.
Cənab prezident dəfələrlə çıxışlarında qeyd edir ki:
“Şəffaflıq hər yerdə əsas prinsip olmalıdır və, dövlətə xalqa xidmət etmək, vətəndaşlara xidmət etmək lazımdır ki, vətəndaşlar daima dövlət diqqətini hiss etsinlər”
Burdan belə qənaətə gəlmək olar ki, Ucar rayon icra hakimiyyətinin başçısı,cənab prezidentin nitqinə ya qulaq asmayıb,və yaxud nəticə çixarda bilməyib.
Korrupsiya.az informasiya agentliyi olaraq bu məsələ ilə bağlı adiyyatı qurumlardan dərhal məsələyə reaksiya veriləcəyinə ümid edirik.
Mövzunu diqqətimizdə saxlayacaqıq!
Geri dön