Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq > Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM


5-02-2021, 19:47. Yazar: Xeberaz
Prezidentdən əmək pensiyaları ilə bağlıSƏRƏNCAM

Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam imzalayıb.
"Xeberaz.Az" xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;
1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Geri dön