Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Səhiyyə / M2 > Ölkəmizdə bu şəxslər SMS-lə peyvənd üçün çağırılacaq

Ölkəmizdə bu şəxslər SMS-lə peyvənd üçün çağırılacaq


3-02-2021, 19:25. Yazar: Xeberaz



Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib
Qeyd olunub ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.
65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.
Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.
Geri dön