Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Həftə-Reytinq > Nazir "MMX rəisini" işdən çıxardı

Nazir "MMX rəisini" işdən çıxardı


28-01-2021, 14:05. Yazar: Xeberaz
Nazir "MMX rəisini"işdən çıxardı

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi polis polkovniki Vahid Nuriyev təqaüdə göndərilib.
"Xeberaz.Az" report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, V.Nuriyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.
V.Nuriyev "MMX-nın rəisi" kimi tanınıb.
Geri dön