Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Texnologiya > Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır - Foto
Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır - Foto25-01-2021, 16:06. Yazar: Xeberaz |
Sosial şəbəkələrdə qaz xəttinin altında uşaq əyləncə qurğusunun yerləşdirilməsi barədə fotolar yayılıb. Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki həyətlərin birində mini-park yaradılıb, amma vaxtilə ətrafda tikilən ofis binasına çəkilən qaz xətti parkın üzərindən keçir. Məsələ barədə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Oxu.Az-bildirilib ki, məsələ öz həllini tapacaq: “Adı çəkilən ərazidə təmir-bərpa işləri yekunlaşmayıb. Qaz xəttinin müvafiq qaydada çəkilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Bu məsələ parkın təmir işləri ərəfəsində öz həllini tapacaq”. Geri dön |