Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Aktual > Moskva görüşündə Nikolun çantası diqqət çəkdi... – Foto

Moskva görüşündə Nikolun çantası diqqət çəkdi... – Foto


11-01-2021, 18:21. Yazar: Xeberaz
Hazırda Moskvada davam edən üçlü görüşdə Ermənistan baş naziri Nikol Paşinyanın “çantası” diqqət çəkib.
"Xeberaz.Az" xəbər verir ki, sosial şəbəkələrin xüsusilə erməni seqmentində Paşinyanın Moskvaya iri çanta ilə getməsi və onu yanında görüşə daşıması gülüş hədəfinə çevrilib.
İstifadəçilər Nikol Paşinyanın konkret təklifləri yadda saxlamadığına və ya kiçik vərəqə yazmağı “unutduğuna” lağ ediblər.
Eyni zamanda, Paşinyanın bu görüşə daha “hazırlıqlı” getməsini də yazıblar. Bildirilib ki, hər zaman Prezident İlham Əliyevin tarixdən və diplomatiyadan peşəkar yanaşma nümayiş etdirməsindən və rəqibini çıxılmaz duruma salmasından qorxan Nikol Paşinyan bu dəfə özü ilə “ensiklopediya” aparıb, cavab verməyə savadı və intellekti çatmayanda ensiklopediyanı vərəqləmək üçün.
Geri dön