Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var > Zəngilanda 14 erməni hərbçisinin cəsədi tapıldı

Zəngilanda 14 erməni hərbçisinin cəsədi tapıldı


10-01-2021, 23:55. Yazar: Xeberaz
Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 14 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Cəsədlər Zəngilan rayonu ərazisində aşkarlanıb. Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1211 erməni cəsədi götürülüb.
 


Geri dön