Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var > Əliyevlə görüşə hazırlıq: Rus həkimlər İrəvana gəldi

Əliyevlə görüşə hazırlıq: Rus həkimlər İrəvana gəldi


7-01-2021, 15:24. Yazar: Xeberaz


Rusiya həkimlərindən ibarət xüsusi heyət Moskvadan İrəvana gəlib. Həkimlər Rusiya paytaxtına mühüm danışıqlara getməyə hazırlaşan yüksək rütbəli erməni məmurlarından koronovirusla bağlı test götürməlidirlər.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə erməni mediası Rusiyanın güc strukturlarına istinadla məlumat yayıb.
“Bu prosedura nə qədər diqqət göstərildiyinə əsaslanaraq ən yüksək səviyyədə məsləhətləşmələrdən danışırıq. Proses Rusiya xüsusi xidmətlərindən birinin nəzarəti altındadır", - məlumatda qeyd edilib.
Rus həkimlərinin İrəvana gəlişi ilə bağlı məlumatı Rusiyadakı media maqnatı Aram Qabrielyanov Ermənistanın Baş naziri Nikol Paşinyana yaxın mənbələrinə istinadən təsdiqləyib.
Onun sözlərinə görə, İrəvana iki qrup həkim gəlib. Hazırda bir qrup həkim Ermənistanın baş nazirinin iqamətgahındadır:
“Paşinyan artıq testdən keçib. İkinci qrup həkim isə İrəvandakı otellərdən birindədir. Onlar Paşinyanın şəxsi təyyarəsinin pilotlarını və baş nazir ofisinin əməkdaşlarını, eləcə də onunla birlikdə Moskvaya uçacaq daha 6 əməkdaşını testdən keçirəcəklər”, - Qabrielyanov deyib.
Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 11 yanvarda Moskvada görüşəcəyi barədə qeyri-rəsmi məlumat yayılıb.
Geri dön