Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Həftə-Reytinq > Həyat yoldaşına xəyanət edən kişi işindən oldu

Həyat yoldaşına xəyanət edən kişi işindən oldu


6-01-2021, 13:52. Yazar: Xeberaz
Həyat yoldaşına xəyanət edən kişi işindən oldu

Çinli yüksək vəzifəli iş adamı həyat yoldaşına xəyanət edərək, işindən olub. 
"Xeberaz.Az" xəbər verir ki, qadın evində ərini məşuqəsi ilə yaxalayıb.  Belə ki, həmin anları kameraya çəkərək, ərinin məşuqəsinə hücum edib. Videoda qadının məşuqəni döyməsi kadrları yer alıb .Həmçinin çinli iş adamı arvadına yalvararaq məşuqəni buraxmasını və sakitləşməsini istəyib. 

Qadın videonu sosial şəbəkədə yayımlayıb. Paylaşılan videogörüntüdə qadınlar arasındakı dava qınaq obyektinə çevrilib. Bununla yanaşı, partiya kadrdakı şəxsin Partiya Komitəsinin katibi olduğunu etiraf edib. Cia Ding partiya səlahiyyətlərini zədələdiyi üçün vəzifəsindən azad edilib. Hadisə ilə əlaqədar istintaq başladılıb.
 
Geri dön