Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Lənkəranda avtomobil su kanalına aşıb, sürücü ölüb - FOTO

Lənkəranda avtomobil su kanalına aşıb, sürücü ölüb - FOTO


4-01-2021, 05:34. Yazar: Xeberaz
Lənkəranda avtomobil su kanalına aşıb,sürücü ölüb - FOTO

Lənkəranda baş vermiş avtoqəzada sürücü ölüb, sərnişin xəsarət alıb.
"Xeberaz.Az" apa-ya istinadən xəbər verir ki, qəza axşam saatlarında Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

90-NE-547 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı daş hasara, sonra ağaca çırpılaraq su kanalına aşıb. Nəticədə sürücü - Girdəni kənd sakini, 1994-cü il təvəllüdlü Yunis Məcidəli oğlu Kərimov hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1992-ci il təvəllüdlü Elşən Tofiq oğlu Bəndizadə isə ağır bədən xəsarətləri alıb və yaxınlıqdakı insanların köməkliyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sürücü Y.Kərimovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
 
Geri dön