Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya > Suriyada daha bir avtobusa silahlı hücum: 6 nəfər öldü

Suriyada daha bir avtobusa silahlı hücum: 6 nəfər öldü


4-01-2021, 05:27. Yazar: Xeberaz



Suriyanın Həma vilayətinin Salamiyə şəhərində terrorçuların avtobusa hücumu nəticəsində 6 nəfər həlak olub.
 "Xeberaz.Az" xəbər verir ki, bu barədə “Əl-Vətən” qəzeti məlumat yayıb.
Terror hücumunun Vadi Uzeyib yaşayış məntəqəsi yaxınlığında baş verdiyi bildirilib.
Ərazidə yerləşən hərbçilər terrorçularla atışmaya başlayıb və bu səbəbdən Salamiyə-Rakka magistralı bağlanıb.
Xatırladaq ki, bir neçə gün əvvəl də Suriyada sərnişin avtobusuna həyata keçirilmiş hücum nəticəsində 30 nəfər ölmüşdü.
Geri dön