Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var > 18 əsgəri “ölümə verən” erməni polkovnik həbs edildi

18 əsgəri “ölümə verən” erməni polkovnik həbs edildi


30-12-2020, 11:51. Yazar: Xeberaz



Ermənistanda hərbi hissələrdən birinin komandirinin müavini həbs edilib.
 "Xeberaz.Az" xəbər verir ki, bu məlumatı Ermənistan Prokurorluğu yayıb.
Prokurorluq komandir müavininin adını şərti olaraq “polkovnik-leytenant A.V” olaraq təqdim edib. Onun Qarabağdakı hərbi əməliyyatlar zamanı 18 hərbçinin ölümünə və daha bir nəfərin yaralanmasına gətirib çıxaran əmri verməkdə şübhəli sayıldığı bildirilib.
Belə ki, ölən hərbçilərdən birinin atası olan X.O. Ermənistan Baş prokuroru Artur Davtyana məktubunda bu iddiaları təsdiqləyib. O, məktubda 9 oktyabrda Qubadlının Xanlıq kəndi yaxınlığında Azərbaycanın zərbə PUA-larından qaçmaq üçün avtomobildən çıxıb kənara çəkilən hərbçilərin məhz komandir müavininin əmri ilə yenidən maşınlarına əyləşərək, yola davam etdiklərini və az sonra PUA-nın zərbəsi nəticəsində hərbi maşının məhv edildiyini bildirib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun məhv etdiyi kolon Füzuli istiqamətində cəbhəyə gedirmiş.



Geri dön